Yazıçı-şair Aqşin Yenisey cəmiyyətdə ateist kimi təqdim olunan şəxslərlə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, ölkədə ateist adlandırılan insanların bir qismi əslində dinlərin semit xalqlarının mifologiyasının tərkib hissəsi olduğunu söyləyən savadlı və mütaliəli şəxslərdir.
Yazıçı qeyd edib ki, eyni məntiqlə bu yanaşmanı tətbiq etsək, Misir, yunan və şumer mifologiyası haqqında danışan insanları da ateist adlandırmaq lazım gələrdi.
Aqşin Yenisey, həmçinin bu fikirləri ifadə edən insanların ateist adı altında təqib olunmasını, susdurulmağa çalışılmasını və bəzi hallarda həbs edilməsini tənqid edib.
“Bu, bir tərəfdən yaxşı əlamətdir. Çünki insanlıq azadlığı qadağadan öyrənir”, – deyə o bildirib.
Qeyd edək ki, sosial şəbəkədə “Çevik” ləqəbi ilə tanınan ateist Məqsəd Məcid oğlu Bağırov və Üzeyir Abas saxlanılıb.
Elmar









