Araşdırma: Bu diş pastalarının tərkibində ağır metallar var

Amerikada aparılan bir araşdırma, uşaqlar üçün bəzi diş məcunlarının tərkibində yüksək zəhərli ağır metallar olduğunu ortaya qoydu. Məlum oldu ki, ən etibarlı markaların diş pastası, o cümlədən uşaqlar üçün, tərkibində ağır zəhərli metallar var.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Lead Safe Mama” müstəqil təşkilatı qurğuşun zəhərlənməsinin qarşısını almaq üçün 51 müxtəlif diş pastası məhsulunu analiz üçün laboratoriyaya göndərib.
Test edilmiş brendlər arasında “Crest”, “Colgate”, “Sensodyne”, “Orajel”, “Burt’s Bees”, “Tom’s of Maine” və  “Hello”kimi tanınmış adlar var. Bir çox məhsulun tərkibində birdən çox ağır metal olduğu iddia edilir.

Məhsulların tərkibindəkilər insanı təəccübləndirir: 90% qurğuşun, 65% arsen, 47% civə, 35% kadmium ehtiva edir.

AĞIR METALLARIN TƏHLÜKƏSİ

Bu dörd maddənin hamısı neyrotoksinlər kimi təsnif edilir. Onlar beyin hüceyrələrinə zərər verərək idrak inkişafına mənfi təsir göstərə bilərlər. Uzunmüddətli istifadənin öyrənmə qüsurları, autizmlə əlaqəli simptomlar, xərçəng, böyrək xəstəlikləri, doğuş qüsurları və ürək-damar disfunksiyaları ilə əlaqəli olduğu bilinir.

Günel Həsənova

Gununsesi.info