Avropa İttifaqı və Gürcüstan arasında vizasız rejimin qüvvəyə minməsindən 5 il ötür - AZƏRBAYCAN İSƏ TƏLƏSMİR

  • By admin
  • 28 Mart 2022 10:50

Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında vizasız rejimin qüvvəyə minməsindən 5 il ötür.

Qeyd edək ki, 2017-ci ilin mart ayının 28-dən etibarən biometrik pasportları olan Gürcüstan vətəndaşları Şengen zonasına turistik və işgüzar səfərləri vizasız həyata keçirə bilirlər.

Səfərin müddəti yarım ildə bir dəfədən çox olmayaraq 90 gün təşkil etməlidir.

Cənubi Qafqaz ölkələrindən biri olan Azərbaycan isə Avropa İttifaqı ilə münasibətlərində ciddi uğura imza ata bilməyib.

Avropa İttifaqının bir sıra tələblərinə əməl etmədiyindən ölkəmizin bu qurumla imzalayacağı Saziş belə baş tutmur.

Onu da bildirək ki, Avropa İttifaqı ölkələri Gürcüstan və Ermənistandan olan mühacirlərə qaçqın statusu vermir. Buna səbəb isə hər iki ölkədə insan haqları ilə bağlı vəziyyətin qənaətbəxş olmasıdır.

Gununsesi.info