Azərbaycanda vergi və gömrük üzrə güzəşt və azadolmalar təkmilləşdiriləcək

  • By ilhame
  • 01 Noyabr 2023 20:18

2024-cü ildə Azərbaycanda vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların təkmilləşdirilməsi nəzərdə tutulur.

Gununsesi.info bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2020-2022-ci illər üzrə vergi vəgömrük sahəsindəverilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələri, ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” milli prioriteti çərçivəsində nəzərdə tutulmuş hədəflər, həmçinin sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmaların və güzəştlərin müddətli müəyyən edilməsi amili nəzərə alınmaqla, vergi və gömrük sahəsində normativ hüquqi aktlarda dəyişikliklərlə bağlı layihələr hazırlanıb. Layihələrdə 2023-cü ilin sonunda müddəti tamam olan güzəşt və azadolmaların müddətinin 3 il uzadılması təklif olunur. Növbəti mərhələdə güzəşt və azadolmaların büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyi qiymətləndirilməklə sonrakı illər üzrə hədəflərin, habelə nəticəyönümlü güzəşt vəa zadolmaların müəyyən edilməsi planlaşdırılır.

Gununsesi.info