Azərbaycanda “Delta” təhlükəsi böyüyür

  • By admin
  • 10 Avqust 2021 12:22

Son günlər Azərbaycanda COVID-19-a yoluxma sayında artım müşahidə olunur.

Gununsesi.info xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetika mütəxəssisi Ağa Rza Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, koronavirusun mutasiyaya uğramış növlərinin aşkarlanması istiqamətində genom analizlərinin aparılması davam edir:

“Aparılan tədqiqatlara görə, “delta” ştammına yoluxma üstünlük təşkil edir”.

Qeyd edək ki, son günlər Azərbaycanda yoluxma sayı 1000-nin üzərindədir. İndiyədək ölkədə ümumilikdə 352 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 336 nəfər müalicə olunaraq sağalıb, 5 072 nəfər vəfat edib, aktiv xəstə sayı 12 518 nəfərdir.

Xatırladaq ki, ölkəmizdə bu ilin iyul ayında ilk dəfə “Delta” ştammı aşkarlanıb. Həmin vaxt 31 nəfərdə koronavirusun yeni ştammına rast gəlinmişdi.