Azərbaycandan Türkiyəyə tranziti təmin etməyə hazırıq - PAŞİNYAN

  • Müəllif: Firuzə
  • 22 Oktyabr 2025 11:17

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, bunu Paşinyan V Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışında deyib.

“Bu gündən etibarən biz Ermənistan ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq”, — deyə baş nazir bildirib.

 

Gununsesi.info