Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO

  • Müəllif: Orxan
  • 24 İyul 2026 14:14

Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Rəşad Aslanov bu təyinatadək Azərbaycan Respublikasının İtaliyadakı səfiri postunu tuturdu. Prezident onun İtaliyadan geri çağırılması barədə Sərəncam imzalayıb.

Gununsesi.info