Azad edilmiş ərzilərdə kütləvi məzarlıqlar tapılıb – Nazir müavini

  • By admin
  • 30 Avqust 2021 10:50

İşğaldan azad edilmiş ərzilərdə kütləvi məzarlıqlar tapılıb.

Gununsesi.info-nun məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, həmin məzarlıqlardakı cəsədlərin kimlərə aid olması ilə bağlı araşdırmalar aparılır.

E.Məmmədov, həmçinin qeyd edib ki, Ermənistan Birinci Qarabağ müharibəsində çox geniş şəkildə girovların götürülməsi praktikasından istifadə edib.

E. Məmmədov onu da vurğulayıb ki, girov götürülmüş şəxslərin sağ olması ilə bağlı narahatlıq var:

“Azərbaycan vətəndaşı olan insanlarla bağlı aparılan təhqiqatlar onu göstərir ki, azərbaycanlı əsirlər işgəncələrə məruz qalır, olduqca pis şəraitdə saxlanılır. Onların aqibətinin qeyri-müəyyən olması bizdə narahatlıq yaradır”.