Azay Quliyev seçicilərilə görüşüb - FOTO

  • By admin
  • 17 İyun 2022 09:02

Bu gün deputat Azay Quliyev Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi, 71, 71a, 71v,71q,72, 74, Şövkət Məmmədova küçəsi 3,5,7,11, və 15 saylı binaların həyətində seçiciləri ilə növbəti görüşünü keçirib. Seçicilər bir sıra problemləri deputatın diqqətinə çatdırıblar.

Deputat vətəndaşları narahat edən bütün məsələlərin araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi bələdiyyəsi sədrinin müavini Qüdrəddin Verdixanov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov , bundan əlavə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Su-kanal, Küçə işıqları, İstilik və Qaz idarələrinin nümayəndələri iştirak edib.

Günay
Gununsesi.info