“Prezident İlham Əliyevin Özbəkistana səfəri ən yüksək səviyyədə keçirilir. İki dövlət arasında imzalanan mühüm sənədlər iki ölkə arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yeni mərhələyə yüksəldilməsinə xidmət edir”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O bildirib ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr getdikcə güclənir və iki qardaş ölkə arasında əməkdaşlıq Avrasiya üçün mühüm əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsinə də töhfə verir.
“Xüsusilə enerji, nəqliyyat, rəqəmsal inkişaf və regional təhlükəsizlik məsələləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan-Özbəkistan əməkdaşlığı son illərdə iqtisadiyyat, energetika və nəqliyyat sahələrində də sürətlə inkişaf edib. İmzalanan yeni sənədlər və əldə olunan razılaşmalar bu əlaqələrin daha da genişlənməsinə və iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə dərinləşməsinə imkan yaradır”, – deputat qeyd edib.
Şəbnəm










