Azərbaycanla Maldiv arasında xüsusi pasporta malik şəxslər vizadan azad edildilər

  • By Günel
  • 14 Yanvar 2025 21:33

“Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Gununsesi.info President.az – a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.

Qanuna əsasən, 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Gununsesi.info