Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) struktur və kadr dəyişiklikləri olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb.
Dəyişikliklə “Azneft”in baş direktoru vəzifəsi ləğv edilib. Bundan sonra İB-də müxtəlif sahələr üzrə bir neçə direktor vəzifəsi olacaq.
Yeni qərarla o, “SOCAR Upstream” xüsusi layihələr üzrə direktor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Ə.Qurbanov bu vəzifəyə ötən ilin martında təyin olunmuşdu. O həmin təyinatadək “Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.













