Bəşir Süleymanlıya 148 min manatlıq ittiham

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2025 15:05

Bu gün Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehralıyev ittiham aktını elan edib.

İttihama görə, B.Süleymanlı ABŞ-nin Alman Marşall Fondundan və digər fondlardan sosial məzmunlu layihələr keçirmək adı ilə ayrılan ümumilikdə 148 min manatdan artıq vəsaiti – qrantı mənimsəməkdə şübhəli sayılır.
İddiaya görə, o, Mehriban Rəhimli (Alman Marşall Fondunun Azərbaycan üzrə məsləhətçisi-red.) və digərləri ilə əlaqəli olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib, alınmış qrantlar barədə müvafiq nazirliklərə məlumat verməyib.

B.Süleymanlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O habelə vurğulayıb ki, bu, siyasi, qurama işdir.

Prosesdə bəlli olub ki, M.Rəhimli ilə bağlı iş ayrı icraata verilib və hazırda ibtidai istintaq davam edir.

Növbəti proses noyabrın 20-nə təyin edilib.

Firuzə
Gununsesi.info