Bakıda ana və azyaşlı övladı qəzada xəsarət alıb

  • By admin
  • 01 May 2021 20:49
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Səbail rayonu, Bayıl qəsəbəsində hərəkətdə olan iki minik avtomobili toqquşub. Daha sonra arxandan gələn daha bir avtomobil onlara çırpılıb.
Qəza nəticəsində 1990-cı il təvəllüdlü Hacıyeva Gülşən Türyan qızı və onun 5 yaşlı qızı Ayşən ağır xəsarət alıb.
Ana travmatologiyaya, azyaşlı övladı isə reanimasiya şöbələrinə yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Gununsesi.info