Bakıda binanın həyətindən kişi meyiti tapıldı

  • Müəllif: Firuzə
  • 07 Aprel 2026 22:38

Bakının Xətai rayonunda səhər saatlarında yaşayış binasının həyətində gənc kişinin meyiti aşkarlanıb.

Gununsesi.info  xəbər verir ki, hadisə səhər saat 7 radələrində Xətai rayonu, Ş.Səmədov küçəsində qeydə alınıb.

34 yaşlı Çingiz Çapay oğlu Həsənovun meyiti yaşadığı binanın həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

Gununsesi.info