Onlayn alış-verişdə “geri qaytarılmır” qeydi qanunidir?

Satış sahəsində mübahisə doğuran bir məsələ də alış-veriş zamanı satılan məhsulun “geri qaytarılmır” xəbərdarlığıdır.

Xüsusilə bu, onlayn alış-veriş zamanı daha böyük problemlər yarada bilir.

Maraqlıdır, onlayn alış-verişdə “geri qaytarılmır” qeydinin yazılması hüquqi qüvvəyə malikdirmi?

Bu barədə Gununsesi.info -ya hüquqşünas Rəşad Səfər danışıb.

O bildirib ki, bu cür qeydlər hər zaman qanuni sayılmır.

“İstehlakçı hüquqları haqqında qanunvericiliyə əsasən, müəyyən hallarda alıcı səbəb göstərmədən də malı geri qaytara bilər. Satıcı bu hüququ tamamilə istisna edə bilməz. Edərsə, əlbəttə, bu, qanun pozuntusudur və bu halda müştərinin şikayət etmək əsası yaranır”.

Orxan
Gununsesi.info