Bakıda buzlamış yolda avtomobil aşdı – SÜRÜCÜ ÖLDÜ

  • By admin
  • 24 Fevral 2021 14:01

Fevralın 23-də saat 20 radələrində Bakıda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Yasamal rayonunun Kənar Dairəvi yolda Bakı şəhər sakini O.Hacıyev idarə etdiyi “Nazlifan” markalı avtomobili aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info