Bakıda COP29 zolağı çəkildi -Video

  • Müəllif: Şəbnəm
  • 13 Sentyabr 2024 18:44

Azərbaycanda keçiriləcək COP29-la bağlı paytaxt küçələrində xüsusi zolaq çəkilib.

Gununsesi.info xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

COP29 zolağı bu mötəbər tədbirlə bağlı ölkəmizə gələcək qonaqların rahat hərəkətini təmin etmək məqsədi ilə yaradılıb.

Qeyd edək ki, Bakıda daha öncə də bu praktikadan istifadə olunub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası noyabrda baş tutacaq.