
Finlandiya Ukraynaya 25-ci hərbi yardım paketi verəcək.
Gununsesi.info xəbər verir ki, Finlandiyanın Müdafiə Nazirliyi bildirib ki, müvafiq qərarı prezident Aleksandr Stubb verib.
“Ukraynada hərbi vəziyyət ciddi olaraq qalır. Finlandiya söz verdiyi kimi maddi yardımı davam etdirəcək. Bizim tərəfdaş ölkələrə mesajımız ondan ibarətdir ki, biz təslim olmamalıyıq”, – deyə Finlandiyanın müdafiə naziri Antti Hakkänen bildirib.
Yeni silah partiyasının dəyəri 118 milyon avro dəyərində qiymətləndirilir.
Bildirilir ki, müharibə başlayandan bəri Finlandiyanın Ukraynaya göstərdiyi hərbi yardımın ümumi məbləği 2,3 milyard avro təşkil edib.
Bəyanatda deyilir ki, yardım həm Ukraynanın ehtiyaclarını, həm də Müdafiə Qüvvələrinin resurs vəziyyətini nəzərə alıb.
Finlandiya tərəfi təhlükəsizlik baxımından yardımın məzmunu, vaxtı və çatdırılma üsulları ilə bağlı təfərrüatları açıqlamır.
Gununsesi.info