Bir neçə gün öncə Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində Bakıda saxlanılan Rusiya vətəndaşları ilə bağlı maraqlı məlumat yayılıb.
Gununsesi.info-ya daxil olan məlumata görə, həmin şəxslər Rusiyada hərbi xidmətdən yayındıqları üçün Azərbaycana gəliblər.
Onlar burada informasiya texnologiyaları (İT) sahəsində çalışıblar. Lakin daha sonra məlum olub ki, həmin şəxslər Rusiyada fərarilik ittihamı ilə axtarışa verilib.
Qeyd edək ki, onlar İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinərək saxlanılıblar.
Xatırladaq ki, bu hadisədən əvvəl Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların öldürülməsi ilə nəticələnən əməliyyat keçirilmişdir. Bundan sonra Bakıda da Rusiya vətəndaşlarına qarşı həbslər başladı.
Elmar












