Bakıda lombarda maskalı hücum - Video

  • By Admin2
  • 22 Mart 2025 13:22

Nəsimi rayonu ərazisində yerləşən lombardların birində quldurluq hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib.

Maskalı şəxs lombardda çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb.

Hadisənin görüntüləri obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb.