Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu

  • Müəllif: Firuzə
  • 04 Mart 2026 14:13

Bakıda oteldə anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlı 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

İclasda dövlət ittihamçısı da çıxış edib. O, Ayxan Qasımlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında Bakının Binəqədi rayonunda baş verib.

İttihama görə, 2009-cu il təvəllüdlü Ayxan Qasımlı oteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını şəxsi münasibətlər zəminində bıçaqla bir neçə dəfə zərbə endirərək qətlə yetirib.

Ayxan Qasımlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə maddəsi ilə ittiham olunur.

Gununsesi.info