Bakıda sürücü qarşısına çıxan heyvana siqnal verdiyi üçün sərnişini ilə birlikdə küt alətlə döyüldü

  • By admin
  • 04 Avqust 2020 10:00

Bakının Xəzər rayonunda iki nəfər döyülüb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Albalılıq qəsəbəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Mirzəyev Əziz Şaiq oğlu idarə etdiyi avtomobillə küçədə qarşısına çıxan iribuynuzlu heyvana səs siqnalı verib.

Bundan hiddətlənən heyvan sahibi sürücü Ə.Mirzəyevi və onun avtomobildə olan qardaşı, 1999-cu il təvəllüdlü Mirzəyev Mahmud Şaiq oğlunu döyüb, onlara küt alətlə zərbə endirib.

Yaralılar 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Gununsesi.info