Bakıda 65 yaşlı kişini maşın vurdu

  • By Günel
  • 14 Fevral 2025 08:11

Bakının Xətai rayonunda 65 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 1960-cı il təvəllüdlü Məmmədov Mahir Hidayət oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info