Bakının yollarında problem var - Azərbaycan "Qran Pri"sinin qalibi

  • By admin
  • 13 İyun 2022 23:31

Dünənki Azərbaycan “Qran Pri”sinin qalibi, hazırkı dünya çempionu hollandiyalı Maks Ferstappen bildirib ki, “Formula 1” gələn il Bakıya qayıtmazdan əvvəl trekin bəzi hissələrinin yenilənməsinə ehtiyac var.

Onun sözlərinə görə, “Formula 1” komandaları ən son nəsil avtomobilləri əvvəlkindən daha aqressiv idarə etdikcə, bir çox sürücü bazar günü yarış zamanı zərbələrdən şikayətlənib.

Verstappen trekin “sürüşünün xoş olduğunu” vurğulayıb, lakin səthin əvvəlkindən daha kobud olduğunu da hiss edib.

“Düşünürəm ki, bəzi yerlərdə yol bir az kələ-kötür olur, xüsusən də indi yeni avtomobillər çox sərt və altı yerə daha yaxındır” dedi. Gələn il asfalt yenilənsə, yaxşı olardı. Amma ümumilikdə hesab edirəm ki, bu, xüsusi trekdir. İkinci sektor, qala hissəsi arasında, deyərdim ki, tamamilə unikaldır”.

Ferstappen Bakıda mövsümdə 5-ci qələbəsini qazanıb. Onun əsas rəqiblərindən biri olan Çarlz Lekler pouldan başlasa da, yarışı tərk edib. Hər iki idmançı bu il iki yarışı bitirə bilməyib.

Gununsesi.info