Bayden Putindən danışdı: “Görün, o nə edir?”

  • By admin
  • 12 İyun 2022 13:54

“Rusiya Prezidenti Vladimir Putin təkcə Ukraynanı işğal etməyib. O, müstəqil Ukrayna mədəniyyətini məhv etmək istəyir, çünki onun sadəcə mövcud olmadığına inanır. Görün, o (Putin – red.) nə edir”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“O, təkcə qalanları yer üzündən silmir. Bütün mədəniyyət ocaqlarını, muzeyləri, məktəbləri, attraksionları məhv edir. O, Ukrayna xalqının mədəniyyətini məhv etməyə çalışır”, – Bayden bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, kənarda qalmaq və Ukraynanı dəstəkləməmək mövqeyi qəbuledilməzdir, bu isə o deməkdir ki, Qərb iqtisadi problemlərə baxmayaraq, Ukraynaya yardımı davam etdirəcək.

Gununsesi.info