Bayram günlərində zəhərlənənlərin sayı AÇIQLANDI

  • Müəllif: Firuzə
  • 31 Mart 2026 17:01

Bayram günlərində zəhərlənmə hallarının sayı açıqlanıb. Qeyri-iş günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə bununla bağlı onlarla müraciət daxil olub.

Klinikadan Gununsesi.info-ya verilən məlumata görə,  bayram günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə ümumilikdə 31 nəfər müraciət edib:

Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində (20.03.2026-30.03.2026) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub.

Müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub.

Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Gununsesi.info