ABŞ prezidenti Donald Tramp digər ölkələrin İrana qarşı ABŞ-İsrail müharibəsində iştirak etməməsindən narazı olduğunu bildirib. O, hələlik Amerika qoşunlarını münaqişədən çıxarmağa hazır olmadığını deyib.
Gununsesi.info bildirir ki, bu barədə o, CBS News-un Ağ Ev müxbiri Veyjia Jiang-a verdiyi müsahibədə danışıb.
Tramp qeyd edib ki, müəyyən mərhələdə qoşunların çıxarılması mümkündür, lakin bu, indiki vaxtda nəzərdə tutulmur. Onun sözlərinə görə, digər ölkələr də prosesə qoşulmalı və məsuliyyət götürməlidir.
ABŞ prezidenti İranın Körfəz bölgəsində gəmilərə və infrastruktur obyektlərinə hücumlarına baxmayaraq, Hörmüz boğazında ciddi təhlükə olmadığını iddia edib. O bildirib ki, vəziyyət nəzarət altındadır və “əhəmiyyətli təhlükə yoxdur”.
Tramp, həmçinin NATO-nu tənqid edərək, digər ölkələrin məsuliyyətdən yayınmağa çalışdığını vurğulayıb. Onun sözlərinə görə, əgər ölkələr enerji ehtiyatlarından istifadə etmək istəyirlərsə, bu məsələdə özləri fəal olmalıdırlar.
Günay











