Hazırda Belçikanın Antverpen və Zeebrugge limanlarında Rusiyaya göndərilməsi nəzərdə tutulan 1500-ə yaxın yük konteyneri saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə DH agentliyi Belçikanın gömrük orqanlarına istinadla məlumat yayıb.
Belçikanın Gömrük və Aksiz İdarəsinin rəhbəri Kristian Vandervarenin sözlərinə görə, əgər maraqlı şirkətlər onların AB-nin sanksiya siyahısına düşmədiklərini göstərən sənəd təqdim etsələr, konteynerlər Rusiyaya göndəriləcək. Əks halda mallar nəzarətə götürüləcək.
Bildirilib ki, Rusiyaya qarşı Avropa sanksiyalarının işə düşməsindən bəri Belçika gömrük xidməti minlərlə yük konteynerini yoxlayıblar. Limanlardan başqa Belçikada Rusiyaya aparılan 374, Rusiyadan gələn 16 yük partiyası saxlanılıb.
Gununsesi.info