Biləsuvarda avtomobilin vurduğu şəxs ölüb - YENİLƏNİB

  • By Günel
  • 02 Avqust 2025 22:40

Biləsuvarda yol qəzasında ölən piyadanın şəxsiyyəti müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində həyatını itirən 2004-cü il təvəllüdlü Abbaslı Aysun Niyaməddin qızıdır.

***

Biləsuvar rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Hadisə zamanı “Mercedes” markalı minik avtomobili piyada – 2004-cü il təvəllüdlü Aysun Abbaslını vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info