Binəqədidə davada iki qardaş bıçaqlandı

  • By admin
  • 20 Oktyabr 2022 09:53

Bakıda davada qardaşlar bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, “Banu Çiçək” restoranının yaxınlığında qeydə alınıb.

1997-ci il təvəllüdlü Fərid Fərhad oğlu Eyvazov döş qəfəsinin ön və arxa səthinin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, qardaşı, 2002-ci il təvəllüdlü Sahib Fərhad oğlu Eyvazov döş qəfəsinin qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən xəsarəti ilə Klinik Tibbi Mərkəzə və 2003-cü il təvəllüdlü Məhəmməd Asif oğlu Musayev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Gununsesi.info