“Bitcoin” antirekordunu yenilədi

  • Müəllif: Firuzə
  • 24 Fevral 2026 20:42

Dünyanın əsas kriptovalyutası olan “Bitcoin” fevralın 24-də enişini davam etdirib və bu, kriptovalyuta sənayesi üçün 2022-ci ilin iyunundan bəri ən kəskin aylıq geriləməyə səbəb olub.

Gununsesi.info bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Kriptovalyuta 2.9% ucuzlaşaraq, 62 701 dollara düşüb və Nyu-York vaxtı ilə səhər saat 07 radələrində (Bakı vaxtı ilə saat 16 – red.) 63 150 dollar ətrafında ticarət olunub.

Ümumilikdə fevral ayı ərzində “Bitcoin” 19%-dən çox dəyər itirib ki, bu da 2022-ci ilin iyunundan bəri ən pis aylıq göstəricidir.

Bundan əlavə, kriptovalyuta ardıcıl beşinci ay enişə doğru gedir. Bu, 2018-ci ildən bəri ən uzunmüddətli itkilər seriyası ola bilər.

Gununsesi.info