“Bizim yeni planlarımız var”-  İlham Əliyev

  • By admin
  • 25 Fevral 2021 20:29

“Hesab edirəm ki, Bakı, Sumqayıt, Şamaxı layihələri sizin şirkətinizin yüksək fəaliyyətini, səmərəliliyini həqiqətən də nümayiş etdirir”..

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.

“Bizim yeni planlarımız var. Biz artıq digər böyük şəhərlərlə və əlbəttə ki, işğaldan azad olunmuş ərazilərlə bağlı bu planları müzakirə etmişik. Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq və küçələrin işıqlandırılması bunun mühüm bir hissəsi olacaqdır”, – dövlət başçısı vurğulayıb.

Gununsesi.info