Britaniya Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə HAZIRLAŞIR

  • By admin
  • 29 Yanvar 2022 12:38

Britaniya Xarici İşlər Nazirliyi bazar ertəsi günü Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsini elan edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS müxbirinə Britaniya hökumət dairələrindəki mənbə bildirib.

“Xarici İşlər Nazirliyinin bazar ertəsi parlamentdə Böyük Britaniyanın Rusiyanın strateji və maliyyə maraqlarını hədəfə alması üçün sanksiyalar rejiminin sərtləşdirilməsini elan edəcəyi gözlənilir”, – mənbə bildirib. Ancaq söhbətin yeni sanksiyaların tətbiqindən, yoxsa yalnız Ukrayna ərazisinə hipotetik müdaxilə halında tətbiq oluna biləcək sanksiyalar paketinin qəbulundan getdiyi dədiq bilinmir.

“Baş nazir Boris Cohnson vəziyyət və hökumətin növbəti addımları barədə kabinetə məlumat verməzdən əvvəl keçən həftə xarici işlər naziri Lise Truss ilə diplomatik taktika və sanksiyalar variantlarını müzakirə etdi” deyə mənbə əlavə edib. O, həmçinin bildirib ki, “Böyük Britaniya Rusiyaya daha çox təzyiq göstərmək məqsədilə bazar ertəsi Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında müzakirələrə qoşulacaq”.

Yanvarın 26-da xarici işlər naziri Liz Truss bəyan edib ki, Böyük Britaniya hökuməti yaxın günlərdə anti-Rusiya sanksiyalarını sərtləşdirmək üçün yeni qanun layihəsi təqdim etməyə hazırlaşır. Nazir Böyük Britaniyada həmfikirlərlə birgə məhdudiyyətlərin tətbiqinin vacibliyini qeyd edərək, onların ayrı-ayrı şəxslərə, maliyyə qurumlarına qarşı yönəldiləcəyini və Avropa, ABŞ və digər ölkələrdəki müttəfiqlərlə razılaşdırılmalı olduğunu qeyd edib.

Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. O vurğulayıb ki, Rusiya heç kimə təhlükə yaratmır. Eyni zamanda, Peskov bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqindəki böhranın həlli üçün gücdən istifadə cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

Gununsesi.info