Britaniyada iki nəfər Çinə casusluq etməkdə ittiham olunub

  • By ilhame
  • 22 Aprel 2024 19:00

Böyük Britaniyanın iki vətəndaşı rəsmi olaraq Çinə casusluqda ittiham olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Belə ki, 32 yaşlı Kristofer Berri və 29 yaşlı Kristofer Keşə qarşı ittiham irəli sürülüb. Məhkəmə prosesi aprelin 26-na təyin edilib.

London Polisinin Terrorla Mübarizə Şöbəsi insanları işin məhkəmədə olduğu müddətdə əlavə şərh və ya spekulyasiyalardan çəkinməyə çağırıb.

Həmin şəxslər 2023-cü il martın 13-də saxlanılıb, sonra girov müqabilində sərbəst buraxılıblar.

Gununsesi.info