ABŞ alimlərinin apardığı araşdırmada doğum ayı ilə zəka arasındakı əlaqə araşdırılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər sentyabr ayında doğulan uşaqların akademik baxımdan daha uğurlu olduğunu açıqlayıb.
ABŞ-da 1 milyon şagirdin məlumatlarını araşdıran mütəxəssislər sentyabr ayında doğulan uşaqların ibtidai məktəb, lisey və universitetdə daha müvəffəqiyyətli olduğunu aşkar ediblər.
Avqust ayında doğulan uşaqların digər aylarda doğulan uşaqlara nisbətən daha az uğur qazandığı açıqlanıb. Avqust ayında doğulan uşaqların akademik olmasa da, idman və bədii fəaliyyətdə daha istedadlı olduğu müşahidə edilib.
Araşdırma nəticəsində məlum olub ki, doğum ayı təkcə bürclərə və doğum günlərinə deyil, həm də zəka və ömür uzunluğu kimi mühüm faktorlara təsir edə bilər.
Digər tərəfdən, payız və qış aylarında doğulan fərdlərin yaz və yay aylarında doğulanlara nisbətən daha uzun ömür sürdüyü də müəyyən edilib.