Bu “iPhone”lar bloklanacaq

  • By ilhame
  • 13 Sentyabr 2024 19:28

“Apple” oğurlanmış hissələrdən hazırlanmış “iPhone”ları bloklayacaq.

Gununsesi.info xəbər verir ki, bu haqda “BetaProfiles” məlumat yayıb.

Bildirilib ki, tərtibatçılar üçün əlçatan olan iOS 18 RC (Release Candidate) quruluşunda yeni təhlükəsizlik funksiyası aşkar edilib.

“BetaProfiles”in izah etdiyi kimi, başqa bir “iPhone”dan qeyri-qanuni olaraq götürülmüş hissə “Apple” smartfonuna quraşdırılarsa, cihaz uzaqdan bloklana bilər.

Belə ki, digər batareyanı telefonunuza daxil etsəniz, ekranda “Batareya sahibinə kilidləndi” mesajı görünəcək. Yeni funksiya “iPhone”un əsas hissələrini istifadəçi hesabına birləşdirməklə işləyir və təkcə batareyaya deyil, həm də ekrana, kameraya və digər elementlərə aiddir.

Gununsesi.info