Bu ölkədə fövqəladə vəziyyət bir ay uzadıldı: Baş nazir ölkəsinə dönə bilmir

  • By admin
  • 08 Mart 2024 09:39

Haitidə həbsxanadan qaçan məhbusların tutulması üçün martın 4-də elan edilən 72 saatlıq fövqəladə vəziyyət 1 ay uzadılıb.

Gununsesi.info xəbər verir ki, Nazirlər Şurasının iclasından sonra dərc edilən fərmanda ictimai asayişin “yenidən yaradılması” məqsədilə fövqəladə vəziyyətin müddətinin 1 ay uzadıldığı bildirilib.

Paytaxt Port-au-Prinsin küçələrində geniş təhlükəsizlik tədbirləri görən polis dəstə üzvlərinin olduğu yerlərə basqın edir.

Toqquşmalara görə şəhərin bir çox yerindən atəş səsləri eşidilib.

Digər tərəfdən, ölkədə banda zorakılığının davam etməsi səbəbindən martın 5-dən Puerto Rikoda gözləyən Haitinin baş naziri Ariel Henrinin dönüş tarixi hələ dəqiqləşməyib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib ki, yaralıların müalicəsi üçün işçi heyəti, avadanlıq, çarpayı, dərman və qan çatışmazlığı səbəbindən ölkənin səhiyyə sistemi “dağılmaq ərəfəsindədir”.

BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, həyati vacib avadanlıq, tibbi ləvazimat və ərzaq daşıyan iki onlarla yük maşını paytaxt Port-au-Prinsin limanında qapalı qalıb.

Yerli media silahlı şəxslərin paytaxtın əsas yük limanına daxil olaraq konteynerləri qarət etdiyini bildirib.

Gərginlik davam edərkən ABŞ və Haiti arasında telefon danışığı olub.

Bildirilib ki, görüş zamanı ABŞ dövlət katibi Antoni Blinken Haitinin baş naziri Henriyə “daha ​​əhatəli hökumətə keçidi sürətləndirməyə təcili ehtiyac var” deyib.

Minlərlə məhbusun həbsxanadan qaçmasına səbəb olan dəstə liderlərindən biri Barbekyu ləqəbli Cimmi Çerizier dünən verdiyi açıqlamada Baş nazir Henrinin istefa vermədiyi təqdirdə “Haiti ya hamı üçün cənnət, ya da hamı üçün cəhənnəm olacaq” deyib.

Henrinin istefasını tələb edən silahlı dəstələr martın 2-də və 3-də Port-au Prince və Croix des Bouquets bölgəsi yaxınlığındakı iki həbsxanaya silahlı hücum edərək təhlükəsizlik qüvvələri ilə toqquşub. Qarşıdurmalar zamanı 4 minə yaxın məhbus həbsxanadan qaçıb, 12 nəfər həyatını itirib.

Hökumət martın 4-də həbsxanadan qaçan cinayətkarların tutulması üçün 72 saatlıq fövqəladə vəziyyət elan edildiyini və müəyyən saatlarda komendant saatı tətbiq ediləcəyini açıqlayıb.

Cherizier-in dəstəsi baş nazir Henrinin ölkəyə qayıtmasının qarşısını almaq üçün dəfələrlə paytaxt hava limanını ələ keçirməyə cəhd etmişdi.

Henri Keniyanın başçılıq etdiyi çoxmillətli təhlükəsizlik qüvvələrini Haitiyə göndərməyi düşünmək üçün dəstə hücumları zamanı Nayrobidə idi.

 

Gununsesi.info