Bu ölkə Ukraynaya 200 milyon dollar ayıracaq

Koreya Respublikası bu il Ukraynaya 200 milyon dollar humanitar yardım ayırmağı planlaşdırır.

 

Gununsesi.info xəbər verir ki, bunu ölkənin maliyyə naziri Çoi Sanq Mok deyib.

O bildirib ki, İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu vasitəsilə orta və uzunmüddətli perspektivdə Ukraynanın yenidən qurulması və əsas infrastruktur obyektlərində işlərin görülməsi üçün 2,1 milyard dollar ayrılacaq.

 

“İl ərzində təcili ehtiyaclar üçün 200 milyon dollar humanitar yardımın ayrılması planlaşdırılır”- deyə nazir vurğulayıb.

Bildirilir ki, Koreyalı nazir bu planlar barədə Vaşinqtonda Ukraynaya yardıma həsr olunmuş növbəti dəyirmi masada danışıb. Planlaşdırma və Maliyyə Nazirliyi həmçinin Cənubi Koreyanın Kiyevə dəstək məqsədilə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının vəsaitlərinə hər birinə 50 milyon dollar ayıracağını bildirib.

 

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Yeni Dehlidə keçirilən G20 sammitinin sessiyası zamanı prezident Yoon Seok-Yeol Ukraynaya 2,3 milyard dollar humanitar yardım və uzunmüddətli güzəştli kreditlər ayıracağını açıqlamışdır.

 

 

 

Şəbnəm

Gununsesi.info