Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

  • By Mina
  • 18 Aprel 2024 10:55

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində tədbirlər davamlı olaraq həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aprelin 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 6 müxtəlif markalı tüfəng və 12 patron aşkarlanaraq götürülüb.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər də davam etdirilir.

Həmin gün polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 7 müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 müxtəlif çaplı patron və digər sursatlar aşkar edərək götürüblər.

Gununsesi.info