“Bu şərtlərlə rayonlar mərhələli şəkildə azad ediləcək” - Lavrov Qarabağ danışıqlarını açıqladı

  • By admin
  • 14 Oktyabr 2020 15:06

“Dağlıq Qarabağda siyasi tənzimlənmə artıq əldə edilmiş razılaşmalarla paralel getməlidir”.

Gununsesi.info bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın “Sputnik” İA-nın, “Qovorit,Moskva” radiosunun və “Komsomolskaya Pravda”nın əməkdaşlarına verdiyi müsahibədə bildirib.

“Həmsədrlərin işləyib hazırladığı və hazırlamaqda davam etdikləri təkliflər danışıqlar stolunda qalmaqdadır. Onların mahiyəti artıq məlumdur. Bura Qarabağın yekun statusu müəyyən olunana qədər Dağlıq Qarabağa təhlükəsizlik qarantının təmin edilməsi şərti ilə Qarabağ ətrafındakı rayonların mərhələli şəkildə azad edilməsi və Ermənistanla Qarabağın əlaqənin saxlanması daxildir”.

Lavrovun sözlərinə görə, son kədərli hadisələr siyasi prosesi fəallaşdırmağa kömək etməlidir.

 

Gununsesi.info