BU TARİXDƏ bütün dünya BİR SAATLIQ qaranlığa qərq olacaq

  • By admin
  • 25 Mart 2021 13:11

Dünyada iqlim dəyişikliyinə diqqət çəkmək üçün martın 27-də işıqlar bir saat söndürüləcək.

Gununsesi.info xəbər verir ki, bu, Ümumdünya Təbiəti Mühafizə Vəqfi tərəfindən 2007-ci ildən bəri dünyada təşkil edilən “Dünya Saatı” tədbiri çərçivəsində gerçəkləşdiriləcək.

Hər il dünya miqyasında mart ayının son şənbə günü təşkil edilən “Dünya Saatı” tədbiri bu həftənin şənbə günü yerli vaxtla 21:30-22:30 arasında reallaşacaq.

İqlim böhranına diqqət çəkmək üçün işıqların bir saat ərzində söndürüldüyü bu qlobal tədbir, bu il pandemiya şərtləri səbəbiylə evlərdə baş tutacaq və rəqəmsal məcralarda paylaşılacaq.

Gununsesi.info