İran, ABŞ, İsrail arasında bundan əvvəl də qısamüddətli gərginliklər, hərbi əməliyyatlar olmuşdu.
Bir neçə gündür davam edən əməliyyatları miqyasının getdikcə böyüdüyü müşahidə olunur.
Xüsusilə Xameneinin ölümü gərginliyi daha da artırıb.
Maraqlıdır, qarşıdurmanın regional və ya qlobal müharibəyə çevrilmə ehtimalı nə qədərdir?
Bu, baş verə bilərmi?
Bu barədə siyasi şərhçi Turan Rzayev Gununsesi.info-ya danışıb.
O bildirib ki, müharibənin hazırda qlobal miqyasa keçmək ehtimalı var:
“Prinsip etibarilə İran tərəfi Amerika və İsrailin zərbələrinə cavab olaraq İsrailin özünə, Amerikanın isə regiondakı bazalarına zərbələr endirib. Bu, faktiki olaraq İranın nələr edə biləcəyini göstərir. Hələlik proses regional xarakter daşıyır və qlobala keçmək barəsində işartılar yoxdur. Amma bu, həm də bir qədər üç dövlətdən asılı olacaq. Almaniya, Böyük Britaniya və Fransa. Bu üç ölkə indiki məqamda İrana müdaxilə ilə bağlı ortaq məxrəcə gələ bilsə, çox böyük bir hadisə olacaq. Hətta İraq ssenarisi də gerçəkləşə bilər. Ancaq bu istiqamətdə də konkret nəsə demək çətindir, çünki ani atəşkəs də elan oluna bilər. Bu dəqiqə Körfəz ölkələri xüsusilə Amerikaya təzyiq edir, proseslərin sülh yolu ilə bitməsini istəyirlər. Hətta təzminat ödəməyə belə razı olduqlarını bildirirlər. Buna rəğmən, danışıqlarla bağlı addım atılmayıb, hətta İran danışıqlarda vasitəçi olan Omanı belə vurdu”.
Orxan












