Azərbaycanın kosmetika istehsalçısı olan “Gazelli Group” nizamnamə kapitalını kəskin azaldıb.
Gununsesi.info “İqtisadiyyat.az”a istinadən məlumat verir ki, şirkətin nizamnamə kapitalının həcmi 38 faiz aşağı düşüb.
Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl “Dr. Zərifə Həmzəyeva adına Gazelli parfüm və kosmetik fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti “Gazelli Group” Məhdud Məsuliyyətli Cəmiyyətindən ayrılıb.
Qeyd edək ki, “Gazelli Group” AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun mərhum həyat yoldaşı, genetika və tibbi profilaktika üzrə elmlər doktoru Zərifə Həmzəyeva tərəfindən 1999-cu ildə təsis edilib. Z.Həmzəyeva ötən ilin yanvarında vəfat edib.











