Çavuşoğlu Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verdi

  • By admin
  • 01 May 2021 15:59

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, nazirin “Twitter” səhifəsində yer alan başsağlığı mətnində deyilir:

“Can Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov qardaşımızın vəfatını böyük üzüntü ilə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbr və başsağlığı diləyirəm. Məkanı cənnet olsun”.

Gununsesi.info