Çavuşoğlu “Taliban” naziri ilə danışıqlar apardı

  • By admin
  • 09 Fevral 2022 17:19

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Əfqanıstanda “Taliban” hərəkatının müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Müttəki arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Söhbət zamanı, Müttəki koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tezliklə sağalması üçün diləklərini çatdırıb və Türkiyədən göndərilən və humanitar yardım aparan “Yaxşılıq Qatarı”na görə təşəkkür edib.

M. Çavuşoğlu isə öz növbəsində bildirib ki, qarşıdakı dövrdə Əfqanıstana növbəti yardım qatarının yola salınması nəzərdə tutulur.

Bununla yanaşı, Çavuşoğlu və Müttəki Kabil hava limanı da daxil olmaqla, Əfqanıstandakı aeroportların Türkiyə və Qətər tərəfindən birgə istifadə olunmasına dair danışıqların son vəziyyətini müzakirə ediblər.

 

 

Gununsesi.info