Cevdet Yılmaz İlham Əliyevə təşəkkür etdi

  • Müəllif: Firuzə
  • 02 Aprel 2026 11:38

“Kipr türk xalqının haqlı mübarizəsinə verdikləri güclü dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Baş nazir Əli Əsədova təşəkkür edirəm.”

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

O, strateji mövqeyə malik Kipr adasının bölgədəki son proseslər işığında daha da əhəmiyyətli hala gəldiyini vurğulayıb:

“ŞKTC-ni həmin coğrafiyada Türk dünyasının ortaq varlığını və müştərək maraqlarını təmsil edən bir ünsür kimi dəyərləndirməliyik. Bu çərçivədə TDT-nin bütün üzvlərini ŞKTC ilə siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirməyə, təmasları artırmağa və beynəlxalq aləmdə onların haqlı davasını dəstəkləməyə dəvət edirəm”.

Gununsesi.info