Çexiya xarici işlər naziri Rusiyaya qarşı sanksiyaların ləğvi üçün heç bir səbəb görməyib

  • Müəllif: Orxan
  • 29 Yanvar 2026 12:09

Çexiya xarici işlər naziri Petr Macinka bildirib ki, Ukraynadakı münaqişə davam etdiyi müddətcə  Rusiyaya qarşı sanksiyaların qaldırılması və ya yumşaldılması üçün heç bir səbəb yoxdur.

Gununsesi.info bu barədə məlumatı xarici mediaya istinadən xəbər verir.

Matsinka Rusiyaya qarşı 20-ci məhdudiyyətlər paketinin hazırlanmasını şərh edərkən bildirib:

“Hesab edirəm ki, müharibə davam etdiyi müddətcə sanksiyaların yumşaldılması üçün heç bir səbəb yoxdur”.

Maqsud

Gununsesi.info