Çinin məqsədi 2030-cu ildə Aya insan endirməkdir.
Gununsesi.info xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xalq Kosmos Uçuş Proqramı İdarəsinin rəis müavini Lin Siqiang mətbuat konfransında bildirib.
“Biz 2030-cu ilə qədər çinliləri Aya endirməyi qarşımıza məqsəd qoymuşuq. Bu baxımdan biz tədqiqat və istehsal fəaliyyəti ilə bağlı prosesi hərtərəfli təbliğ edirik”– deyə lider bildirib.
O vurğulayıb ki, Çin tərəfi hazırda Ayda idarə olunan kosmik gəmini sınaqdan keçirir və bu, “rəvan şəkildə irəliləyir”.
Daha əvvəl NASA rəhbəri Bill Nelson bildirmişdi ki, Birləşmiş Ştatlar “Çanqe-6” missiyası çərçivəsində Çinin əldə etdiyi Ayın uzaq tərəfindən torpaq nümunələrinin alınması ilə bağlı danışıqlara başlayıb.









