Netanyahunun İHA qorxusu: - "Parlamentə hücum etsələr nə olacaq?"

  • Müəllif: Orxan
  • 29 Oktyabr 2024 11:03

İsrailin baş naziri Netanyahunun evinin yerləşdiyi ərazi oktyabrın 19-da pilotsuz təyyarə ilə hücuma məruz qalıb. İsrail mediası bu hadisədən sonra İHA qorxusu artan Netanyahunun PUA-larla bağlı qorxularını parlamentdə qapalı iclasda dilə gətirdiyini bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Netanyahu TBMM-in qapalı iclasında “İndi parlamentə pilotsuz təyyarə hücumu olsa, hara gedərdik? Ən çox qorxduğum İHA-lardır. Raketlərlə mübarizədə yaxşı sistemlərimiz var. Başa düşə bilmirəm ki, parlament niyə başqa yerdə yox, daimi yerində toplanır”,-  o, bildirib.

Baş nazirlikdən xəbərlərdə yer alan iddialarla bağlı açıqlama verilməyib.

Açıqlamada hadisə zamanı Netanyahunun və həyat yoldaşının evdə olmadığı və xəsarət alan olmadığı iddia edilsə də, məsələ ilə bağlı ətraflı məlumat verilməyib.

Orxan Saffari

Gununsesi.info